No Image
No Image

Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox müraciət daxil olub

Bakıda I sinfə qəbulla bağlı 43 mindən çox müraciət daxil olub
Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem (http://www.mektebeqebul.edu.az) vasitəsilə müraciət edilib.

Sfera.az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) fəaliyyət göstərir.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanıldı

İyunun 24-ü saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv...

Buraxılış imtahanlarının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. ...

Nazirlik müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumat yaydı

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onl...

İyunun 20-si bu imtahanlar keçiriləcək

İyunun 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, biri...

Təhsil Tələbə Krediti Fondu hansı problemləri həll edəcək? – “Böyük ehtiyac vardı...”

"Ödənişli əsaslarla oxuyan 38 min tələbənin problemini həll etmək mümkün olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin  "Azə...

Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev mə...