Bakıda güzəştli mənzillərin satışı başladı - Qiymətlər açıqlandı

Bakıda güzəştli mənzillərin satışı başladı - Qiymətlər açıqlandı
 Xəbər verildiyi kimi Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib.

Sfera.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq.

Belə ki, Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır.

Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək və qiymətlər 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır.

Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadrametr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Qeyd edək ki, bu mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Bütün bunları nəzərə alanda Hövsandakı kompleksdə mənzillərin hər kvadratmetri alıcılara 850 manata başa gələcək. Bu – Yasamaldakı qiymətdən 100 manat aşağıdır (orada 1 kvadratın qiyməti 950 manat olmuşdu).

Mənzilləri öz vəsaiti ilə (yəni kreditsiz) almaq istəyənlərə, 10% güzəşt ediləcək. Bunu nəzərə aldıqda belə vətəndaşlar üçün mənzillərin kvadratmetri 765 manata başa gələcək.

Digər tərəfdən, elanda da qeyd edildiyi kimi, yuxarıdakı qiymətlər mənzillərin sahəsinin daxili perimetrlə ölçülən hissəsinə aiddir.

Xarici perimetrlə, yəni divarları da nəzərə almaqla ölçüldükdə mənziləriqn sahəsi 1 otaqlılarda 48-50 kvadratmetr, 2 otaqlılarda 61,5-78,6 kvadratmetr, 3 otaqlılarda isə 84,4-88,2 kvadratmetr arasında dəyişir.

Qeyd edək ki, Bakıda tikinti şirkətlərinin əksəriyyəti mənzillərin satışı zamanı sahəni məhz belə hesablayır.

Güzəştli mənzillərin satış qiyməti belə – yəni xarici perimetrlə hesablananda isə qiymətlər daha aşağı olur. Belə ki, 1 otaqlıların qiyməti 669 manatdan, 2 otaqlıların qiyməti 690 manatdan, 3 otaqlıların qiyməti 609 manatdan başlayır.

Mənzilləri öz vəsaiti ilə alanda (yəni 10% endirimi nəzərə alanda) isə xarici perimetri hesablayanda bir kvadratın qiyməti 1 otaqlılarda 602 manata, 2 otaqlılarda 621 manatdan, 3 otaqlılarda isə 548 manatdan başlayır.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanda "Aİ 95" markalı benzinin qiyməti artacaq

 İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq. Sfera.az xəbər verir ki, bu markadan olan benzinin qiy...

Müştərilər "AccessBank"dan pullarını geri çəkirlər?

 "AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min ma...

Azərbaycan neftinin qiyməti bahalaşdı

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,97 ABŞ dolları, yaxud 7,35% artıb. Sfera.az...

Yardım almış sahibkarlara ödənişlə bağlı səhvən SMS göndərilib - AÇIQLAMA

 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmi...

İqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb - SİYAHI

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna d...

Azərbaycan Türkiyədən 212 vətəndaşını təxliyə etdi

 Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya...