Bakıda ekspres xətt avtobuslarının fəaliyyəti dayandırılır

Bakıda ekspres xətt avtobuslarının fəaliyyəti dayandırılır
 Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspres marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq. 

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. 

Bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində "BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Ekspres marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspres marşrutlara olan tələbatın kəskin (84%) azalması müşahidə edilıb.

Həmçinin Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspres xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

"İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik", - qurum bəyan edib. 

OXŞAR XƏBƏRLƏR

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 11-i saat 18:00-a...

"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"

 Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin ax...

Daha üç rayona yeni kombaynlar gətirildi

 Yeni nəsil kombaynlar dağlıq zonalarda fermerlərin işini asanlaşdıracaq İyulun 9-dan etibarən Siyəzən, Xızı və Qusarın çətin relyefli sahələrində taxıl bi...

Nazirlikdən 190 manatla bağlı daha bir AÇIQLAMA

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi ...

Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir

 Azərbaycanda yeni növ koronavirusa yoluxma sayının artması karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Sərtləşmə zamanı isə ilk olaraq metro...

Eldar Mahmudovun yeni milyardları üzə çıxdı

"Zaminbank" ASC-nin keçmiş rəhbərləri, hansı ki, Baş Prokurorluq tərəfindən həbs olunduqları barədə iki gün əvvəl məlumat yayılıb, ləğv olunmuş MTN-in generalla...