Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL

Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.

Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.

İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.

Qeyd edək ki, Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuroru Zakir Qaralovun qohumu kimi tanınır.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. (bakupost.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ

Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.  ...

Bu şəxslərə “Əməkdar müəllim” fəxri adı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında" Sərəncam imzalayıb. Sfera.az xəbər...

Prezident bir qrup təhsil işçisini təltif etdi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, A...

Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu - QALMAQAL

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təh...

Distant təhsil tələbi LƏĞV EDİLDİ

Azərbaycanda distant təhsil tələbi ləğv olunub və əyani təhsilə keçid müəyən edilib. Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin re...

Bu dərs saatları tətil günləri hesabına bərpa ediləcək - Nazirdən açıqlama

"Yeni dərs ili ənənəvi formada başlayır”. Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb. O xatırladıb ki...