No Image
No Image

Bakıda dəhşətli olay: Ögey qızı ilə kürəkəni qadını öldürüb gölə atdı

Bakıda dəhşətli olay: Ögey qızı ilə kürəkəni qadını öldürüb gölə atdı
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
 
Qurumdan Sfera.az-a daxil olan məlumatda deyilər:
 
25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə daxil oln məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin "isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.
 
Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olan uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO

 Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata g...

Anasını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatdı

1 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhər sakini Əhmədova Afaq İbiş qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürm...

Azərbaycanlı "qanuni oğru"ların ən səs-küylü qətlləri - VİDEO

Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Rusiyada qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət ...

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbi...

Gəncəli Albertin öldürülmə anı - VİDEO

Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı "vor zakon” Əli Heydərovun ("Albert Rıjiy”) qətli ilə əlaqədar iki əsas versiyanı nəzə...

Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - VİDEO

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub. Sfera.az Rusiya mediasına istinadla xəbər ve...