Bakıda bu hotelin icarədarı saxlanıldı - qəlyan satdığı üçün

Bakıda bu hotelin icarədarı saxlanıldı - qəlyan satdığı üçün
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Pure Boutique Hotel”də karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.

Hotelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...

İlham Əliyev: "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək"

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.   Sfera.az xə...

Blinken Çində səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken Çində səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller &...

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır ...