Bakıda bu gün ucuz ev satışı başlayır

Bakıda bu gün ucuz ev satışı başlayır
154 mənzilin satışı sabah saat 23:59-dək davam edəcək

Bu gün növbəti dəfə Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır. Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portal üzərində (www.e-gov.az) "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər” bölməsinə daxil olaraq "erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. "Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 154 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Satış şərtləri və qiymətlər:

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə BAXDILAR

Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər ...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ

Azərbaycan və Belarus prezidentlərinə Şuşanın Baş planı barədə məlumat verilib.   Sfera.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Pre...

Prezidentlər Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa baxdılar

Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib.   Sfera.az xəbər verir ki...

Prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə BAXDILAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyi...

Dövlət başçılarına Şuşanın Baş planı barədə məlumat verildi

Azərbaycan və Belarus prezidentlərinə Şuşanın Baş planı barədə məlumat verilib.   Sfera.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Pre...

Azərbaycan-Belarus ƏLAQƏLƏRİ: "Hədəfimiz yaxın illərdə..." - AÇIQLAMA

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanda səfərdədir.   Bununla bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vüqar Bayram...