Bakıda avtobus qəzası: yaralılar var

Bakıda avtobus qəzası: yaralılar var

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Anspress-in məlumatına görə, Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə minik avtomobili toqquşub. 30 yaşlı Sergey Panovun idarə etdiyi "VAZ 2104" markalı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə "Jiquli" gəldiyi sürətlə də ictimai nəqliyyata çırpılıb.

Məlumata görə, avtobus xəttə olsa da, nəqliyyat vasitəsində sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində "Jiquli"nin sürücü ilə yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla xəstəxanaya aparılsa da, xəsarətləri ağır olan "VAZ"ın sürücüsü travmatologiya şöbəsinə yerlədirilib.

45 yaşlı xanım isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon Polis İdarəsində aparılır. Hadisəyə səbəb kimi, "Jiquli"nin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...