Bakıda altı nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaqmı?

Bakıda altı nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaqmı?
Oktyabrın 13-də Bakıda altı nəfərin ölümü, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub. 

Sfera.az xəbər verir ki, Bakı Mühəndislik Universitetindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Əzizov universitetdən xaric olunub-olunmaması ilə bağlı məsələ hələ ki müzakirə edilmir:

"Məlum hadisəni törədən Əzizov Mahmud Babagözəl oğlu barəsində istintaq davam edir. Məhkəmə yekun qərar verdikdən sonra Universitetə rəsmi şəkildə məlumat göndəriləcək. Artıq bundan sonra tələbənin universitetdən xaric olunub-olunmaması ilə bağlı hər hansı bir qərar verilə bilər. Hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib”.

Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi "Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi "Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qəzaya yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI

Artıq bir çox problemlər sosial şəbəkələrdə həll olunur. İctimai qınaq, ictimailəşdirilən mövzular bəzi məmurları aktiv sosial şəbəkə istifadəçisi halına gətiri...

Təhvil verilən erməni hərbçilərin - ADLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Sfera.az "Sputnik Ermənistan”a istinadə...

Əziz Səncər Şuşada - FOTOLAR

Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Şuşaya gedib...

Şəhidlərin ailələrinə bu ödənişlər veriləcək - Nazir açıqladı

Noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq. Sfera.az xəbər verir ki, bunu əmək və əha...

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu verilib. Sfera.az xəbər v...

Baş nazir: "Koronavirusla mübarizəyə 1,6 milyard pul xərclənib"

Azərbaycanda indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib. Sfera.az xəbər verir ki,...