Bakıda 27 yaşlı gənc evində xəncərlə vuruldu

Bakıda 27 yaşlı gənc evində xəncərlə vuruldu
Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Musayev Kamran Şakir oğlu Kamil Balakişiyev küçəsində yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona baş və sol qolun geniş həcmli yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.
 
(Report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda polis əməliyyatları: 45 nəfər saxlanıldı - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli v...

Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi

Qəbələ rayonunda həyat yoldaşına dəhşətli işgəncələr vermiş rayonun ucqar kəndlərindən birinin sakini, 1974-cü il təvəllüdlü Dəmir Eyvazov barəsində Cinayət Məc...

Məhkəmə Azərbaycan Kunq-fu Federasiyasının prezidenti haqda qərar verdi

Ali Məhkəmədə dələduzluq və digər cinayətlərdə təqsirləndirilən Barat İsrafilovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çat...

Rüşvətalmada ittiham olunan keçmiş rəisin cinayət işi məhkəməyə göndərilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi barəsində olan cinayət işi məhkəməyə göndərilib. ...

Bakıda polis əməliyyatı: Daha 45 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli v...

Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası İSTƏDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar ...