Bakıda 25 yaşlı qadını maşın vurub öldürdü

Bakıda 25 yaşlı qadını maşın vurub öldürdü

25 yaşlı qızı vuran sürücü istintaqa cəlb olunub.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub.

25 yaşlı G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. 

 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib.

İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxub

  COVID 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı su...

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü

  Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib. Sfera.az  "Report"a istinadən xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli...

Bayram Nurlu dünənki videoya görə cərimələndi - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə "Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi ...

Bakıda karantini pozan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

 Paytaxtın Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb. Bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindən k...

Azərbaycanda bank sədri HƏBS EDİLDİ - FOTO

 "Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib. Sfera.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul ...

SON DƏQİQƏ! Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

  Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.  Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.   Belə ki, 37 yaşlı sto...