Bakıda 20 yanvar faciəsi qatilinə həsr edilən sərgi açıldı — FOTOLAR
Oktyabrın 29-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş "Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi açılıb.
Sfera.az demokrat.az-a istinadla xəbər verir ki, bu barədə Teleqraf.com-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən məlumat verilib.
Sərgidə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin arxivindən unikal sənədlər və fotoşəkillər təqdim olunur.
Məlumatda Yevgeni Maksimoviç Primakov sovet və Rusiya siyasətinə mühüm töhfələr verən tanınmış siyasətçi kimi xarakterizə olunur.
Qeyd edək ki, Yevgeni Primakov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş Sovet İttifaqı hərbiçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Qanlı Yanvar faciəsinin hazırlığında yaxından iştirak edib və onu planlaşdıran əsas adamlardan biri olub.