No Image
No Image

Bakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt yolu bağlandı
Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri həyata keçirilir.

Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri aparılır, yeni yol hissələri yaradılır. Bunun üçün ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.

Bundan başqa, yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq məqsədilə yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır.

Artıq sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür. Ümumilikdə qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.

Bütün işlər mövcud "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah havanın temperaturu 40 dərəcəyə çatacaq

İyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şi...

ETSN: Bakı və Abşeronda toz dumanı müşahidə olunur

Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olu...

Salyanda Kür çayında axtarılan dörd uşaq anasının Bakıya getdiyi məlum oldu

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum o...

Anası ilə sübh tezdən işə gedən balaca qızdan üzücü xəbər

Bir müddət öncə sosial şəbəkələrdə yayılan ana və qızın fotosu böyük səs-küyə səbəb olmuşdu. Süpürgəçi işləyən anasıyla hər gün sübh tezdən "işə gedən” ba...

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə ba...

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO

İyunun 20-i paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət...