Bakı - Sumqayıt qatarından istifadə edənlərin DİQQƏTİNƏ

Bakı - Sumqayıt qatarından istifadə edənlərin DİQQƏTİNƏ
Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq.

Bu barədə Sfera.az-a "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Məlumata görə, qatarların hərəkət qrafiki ilə rəsmi sayt və sosial şəbəkə hesablarımızda tanış ola bilərsiniz.

Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi: “Üç gün morqda qaldım” - VİDEO

Füzuli uğrunda döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində yaralanan XTQ üzvü, Vətən müharibəsi qazisi Mahir Məmmədov klinik ölüm keçirərək morqa yerləşdi...

Bir il öncə işğaldan azad edilən ərazilər - SİYAHI

Bu gün bir sıra ərazilərin Ermənistanın işğalından azad edilməsindən bir il ötür. Sfera.az həmin ərazilərin siyahısını təqdim edir. Zəngilan rayonu ...

Bu erməni terroru da bizi yıxa bilmədi... - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi terrordan bir il ötür. Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də sa...

Ali Erbaş Şuşada azan oxudu - VİDEO

Türkiyənin Dini İşlər İdarəsinin sədri Ali Erbaş Şuşada azan oxuyub. Sfera.az xəbər verir ki, o, bununla bağlı görüntüləri Tvitter hesabında paylaşıb. ...

FHN də eyvandan əşyaları atan şəxslə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi əşyaları eyvandan atan şəxslə bağlı məlumat yayıb. Sfera.az-ın məlumatına görə, bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhər...

Yaşar Nurinin qızı: “Artıq satmağa bir şeyim yoxdur” - VİDEO

Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır. Sfera.az xəbər verir ki, ATV-nin "Günün sədası” verilişində Xalq artistinin qızı Ülkər Yaşarq...