Bakı sakinlərinin çoxdan gözlədiyi hadisə

Bakı sakinlərinin çoxdan gözlədiyi hadisə

Pulsuz Wi-Fi sisteminin ictimai yerlərdə quraşdırılması məsələsi gündəmdədir.

Ölkəmizdə ictimai yerlərdə hər il pulsuz Wi-Fi sisteminin quraşdırılması söz verilsə də, 

amma nədənsə, bu proses uzadılır. Şəhər parklarında və digər məkanlarda gəzib dolaşdığınız

 vaxt internetə qoşulmaq istəsək də, təəssüf ki, bu, mümkün olmur. Mobil operatorların İnternet

 paketləri də ucuz deyil ki, hər kəs onlardan istifadə edə bilsin. Bir çox kafe və restoranlar müştərilərə

 pulsuz Wi-Fi təqdim edir, lakin bundan faydalanmaq üçün mütləq masa arxasında əyləşib sifariş vermək

 lazımdır. Belə olan halda, tam pulsuz Wi-Fi sisteminin ölkəmizdə nə vaxt tətbiq olunması problemi ilə 

üz-üzə qalırıq.


ANS PRESS-in məlumatına görə, hələ ötən ildən dayanacaqlarda, avtobuslarda, Dənizkənarı Bulvarda və s. 

kimi ictimai yerlərdə Wi-Fi sisteminin tətbiq ediləcəyi ilə bağlı məlumatlar verilsə də, amma görünən 

budur ki, hələ də vədlərə əməl olunmur.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev 

deyir ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı 

müzakirələr aparılmır: "Hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə

 danışıqlar, müzakirələr aparılmır. Odur ki, metroda belə bir sistemin nə vaxt quraşdırılacağı barədə 

də konkret zaman deyə bilmərəm".



Nəsimi Paşayev - "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi


Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov hazırda parkın bir çox yerlərində obyektlərdə 

WİFİ şəbəkəsinin olduğunu dedi. Onun sözlərinə görə, əhali üçün Bulvarın bütün ərazisində bu sistemin 

quraşdırılması yaxşı olardı, amma bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səyi nəticəsində

 həyata keçirilə bilər.



Nazim Məcidov - Dənizkənarı Bulvar İdarəsinin rəis müavini


Nazirlikdən aldığımız məlumata görə isə, Dənizkənarı Bulvar ərazisində hazırda pulsuz wifi sisteminin

 quraşdırılması məsələsi müzakirə obyekti deyil.


"Bakubus"-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında avtobuslarda bu sistemin 

quraşdırılması bu ilin birinci rübündə yekunlaşacaq. "Bizim avtobuslarda sistem fəaliyyət göstərir. 

Sadəcə, biz tender elan etmişik. Hansı şirkət qalib gəlsə, onun wi fi-dan istifadə ediləcək. Biz keyfiyyətli 

sistem istəyirik. İstəmirik ki, sərnişinlər internetdən istifadə edərkən, əziyyət çəksinlər. Avtobuslarımızda 

maksimum yüksək keyfiyyətli wifi olacaq", - deyə Nuridə Allahyarova əlavə etdi.



Nuridə Allahyarova - "Bakubus"-ın mətbuat xidmətinin rəhbəri


Qeyd edək ki, ötən il Baku 2015 ilk Avropa Olimpiya oyunları zamanı Dənizkənarı Parkda,London taksilərində

avtobus dayanacaqlarında, habelə bir sıra digər məkanlarda pulsuz İnternet təqdim olunmalı idi. Lakin 

bir çox məkanlarda bu Wi-Fi şəbəkəyə rast gəlinmir.


Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin sabiq rəhbəri Şəfa Mehmanqızı 

"Bakı Taksi Xidməti" MMC-yə məxsus olan taksilərə quraşdırılacaq sistem ilə bağlı hazırlıq işlərinin 

getdiyini və bu ilin sonunadək bu istiqamətdə işlərin yekunlaşacağını bildirib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov isə I Avropa Olimpiya Oyunları ilə

 əlaqədar olaraq 2015-ci ildə bütün dayanacaqlarda Wi-Fi quraşdılacağını vurğulasa da də, gördüklərimiz 

bunun əksini deyir.




Azərbaycandan fərqli olaraq, xarici praktikaya nəzər salsaq, görərik ki, pulsuz Wi-Fi zonaları, demək olar

 ki, ölkənin hər bir sahəsini əhatə edir. Məsələn, 2000-ci illərin əvvəllərindən xarici ölkələrdə bu sistem

 istirahət parkları, metro stansiyaları, idman mərkəzləri, təhsil ocaqları, intensiv hərəkətli küçələrdə və s.

 məkanlarda quraşdırılmağa başlanılıb. Kütləvi şəkildə həyata keçirilən bu addımlarda məqsəd həmin

 ölkənin və ya şəhərin daha inkişaf etmiş olduğunu göstərmək olub. Wi-fi sistemini ictimai yerlərdə yayan

 ilk ölkələr bunlardır:




ABŞ-ın Kentukki ştatında isə qəbirstanlıqda da bu möhtəşəm sistemə rast gəlsəniz, təəccüblənməyin. Belə ki, Oak Grove qəbiristanlığının rəhbərliyi bu ərazidə dəfn edilmiş insanların qohumlarını qeyri-adi ideya ilə şoka salıb. Baş daşıların bir hissəsi QR-kodlövhəcikləri ilə təchiz olunub ki, insanlar mərhuma aid səhifəyə keçib onun haqqında ətraflı məlumat ala bilirlər. Bunun sayəsində mərhumun həyatı haqqında məlumat almaq, onun şəkillərinə baxmaq və ya hətta qonaq kitabında öz başsağlığını vermək mümkün olur.


ABŞ-ın Kentukki ştatında qəbirsanlıqda Wİ-Fİ sisteminin tətbiqi


Kentukki, ABŞ


Wİ-Fİ - kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud internetə qoşulması üçün müasir simsiz texnologiyadır. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Məhz bu texnologiya vasitəsilə internet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Odur ki, yuxudan oyanan kimi əlimizi ilk növbədə mobil telefona uzadan bir cəmiyyətdə yaşayırıqsa, ictimai yerlərdə, əhalinin daha çox yığışdığı məkanlarda bu sistemin olması zəruridir.

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...