Bakı-Qazax yolunda ağır qəza

Bakı-Qazax yolunda ağır qəza

Bakı-Qazax yolunda avtobus yük avtomobili ilə toqquşub.

"Qafqazinfo” xəbər verir ki, yol qəzası avtomobil yolunun Hacıqabuldan keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan mikroavtobus yük avtomobilinə çırpılıb. 

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər hadisə yerində ölüb. Bir neçə nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb. 

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır


OXŞAR XƏBƏRLƏR