Bakı parkları yenidən açılışa hazırlaşır - FOTOLAR

Bakı parkları yenidən açılışa hazırlaşır - FOTOLAR
 Mayın 18-dən etibarən Bakıda bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür. 

Bakı Abadlıq Xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq parklarda, oyun meydançalarında genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib və insanlara pulsuz maska paylanıb.

Qeyd edək ki, parklarda gəzmək, dincəlmək və ya idman etmək istəyən hər bir vətəndaş ehtiyatı əldən verməməli, karantin rejimində tibbi maska və əlcəklərdən istifadə etməklə öz sosial məsuliyyətini dərk etməlidir.

OXŞAR XƏBƏRLƏR