Bakı Metropoliteninin 5 milyonunu niyə kəsdilər? – EKSPERTDƏN AÇIQLAMA

Bakı Metropoliteninin 5 milyonunu niyə kəsdilər? – EKSPERTDƏN AÇIQLAMA


"Gələn ilin büdcəsində Bakı Metropolitenə ayrılacaq vəsaitin cari illə müqayisədə azaldılması dövlət başçısının son müşavirələrin birində büdcə xərcləmələrində şişirtmələrin olduğu barədə açıqlamasından sonra gündəmə gəlib”.


Sfera.az-a açıqlamasında bu sözləri cari il üçün metropolitenə 45 milyon manat ayrıldığı halda, 2020-ci ildə 40 milyon manatın ayrılacağı, yəni 5 milyon manat azaldılacağı məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

 

 

"Biz müstəqil iqtisadçılar olaraq illərdir, büdcəyə ayrılan vəsaitlərin şişirdildiyi, sonradan müxtəlif üsul və sxemlərlə mənimsənildiyindən danışırdıq. Məhz Prezidentin həmin çıxışından sonra büdcəyə yenidən əl gəzdirildi və həm təmir-tikinti işlərindəki xərclər azaldıldı, həm də dotasiyaların azaldılması ilə bağlı qərar qəbul olundu. Maliyyə Nazirliyi büdcənin yeni redaksiyasını tərtib etdi. Nəticədə bir çox istiqamətlər üzrə ayrılan dotasiyalarda azalmalar müşahidə olunur. Anoloji hal Metropolitenlə bağlı da özünü göstərib”.

 

Ekspert onu da bildirdi ki, atılan bu addım heç də bəzilərinin iddia etdiyi kimi, metroda gediş haqlarının artımına gətirib çıxarmayacaq: "Atılan bu addım şayiələrin yayılmasına səbəb oldu ki, ayrılan vəsaitin azaldılması fonunda metroda gediş haqqı artırıla bilər.Əslində isə 5 milyon manat azalma ilə gediş haqqının artırılması doğru olmazdı. Çünki cəmi 5 milyon azalma qiymət artımında hər hansı bir dəyişikliyə səbəb olmamalıdır”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...