Bakı aeroportunda turistlərlə zarafat: Hindistana xoş gəlmisiniz - VİDEO

Bakı aeroportunda turistlərlə zarafat: Hindistana xoş gəlmisiniz - VİDEO

Bu gün "ASAN Viza” komandası hava limanında Azərbaycana gələn turistlərlə zarafat edib.

Sosial şəbəkədə yayılan videodan görünür ki, onlar 1 iyul tarixinin Beynəlxalq Zarafat Günü hesab olunmasını nəzərə alaraq, bu addımı atıblar.

Belə ki, onlar "Hindistana xoş gəlmisiniz!” deyərək, turistlərin Azərbaycana yox, Hindistana gəldiklərini bildiriblər. Bakıya gəlmədiklərini sanan turistlər isə bir müddət özlərini itiriblər.

Aeroportda Hindistan ab-havası yaradan azərbaycanlılar sonradan bunun zarafat olduğunu bildiriblər. Turistlər bu münasibəti gülərək qarşılayıblar.



OXŞAR XƏBƏRLƏR