No Image
No Image

"Bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur" - DGK-nın karqo şirkətlərindən yeni tələbinə ETİRAZ

"Son zamanlar vətəndaşlar ölkəmizdə böyük "Mall"ların işləmədiyi  pandemiya dövründə xaricdən alış-verişə daha çox üstünlük verirlər. Digər tərəfdən bəzən Dövlət Gömrük Komitəsinin "Smart Customs” mobil tətbiqini idarə edənlər, güman ki, əziyyətə qatlaşmamaq üçün karqolardan əlavə informasiyalar tələb edir”.
 
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə,  son dövrlərdə karqo şirkətlərdən xaricdəki anbarlarında olan bağlamanın ölkəyə göndərilməsindən öncə onun üzərinə  daha bir əlavə etiket - məlumat, bəyannamə nömrəsi ilə bağlı məlumat yerləşdirilməsi tələb olunur:

"Hansı ki, belə məlumat artıq "Smart Customs”da var. Eyni zamanda vətəndaşın alış-veriş zamanı əldə etdiyi invoys-fakturanın  həm də karqo tərəfindən sistemə vurulmasının tələbi doğru bir yanaşma deyil. Onsuz da vətəndaş bunu gömrüyə bəyannaməni verərkən əlavə edir. Bütün bunlar sonda bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur.

Son zamanlar isə bəzi karqolar ASAN login sistemindən istifadə edilməsində  müəyyən ayrı-seçkiliklə qarşılaşdığını bildirirlər. Fikrimcə, kifayət qədər faydalı və effektiv  bir rəqəmsal resursa, mövcud olan və olmayan bəzi bürokratik proseduraları da elektronlaşdırmaqla əlavə etmək, sonda bu resursun əhəmiyyətini və funksionallığını xeyli azalda bilər”.

O.Gündüz qeyd edib ki, mövcud bürokratik proseduraların daha da sadələşdirilməsi doğru olardı:

"Həmçinin bundan sonra rəqəmsal resursda nəzərə alınsın, gömrük  və karqo dataları tam inteqrasiya olunsun, vətəndaşdan və ya karqodan əlavə informasiyalar tələb olunmasına ehtiyac qalmasın. 170-dən çox karqo şirkətin xidmət göstərdiyi on minlərlə vətəndaşın e-ticarət yolu ilə gətirdiyi malların "Smart Customs” vasitəsilə rəqəmsal mühitdə gömrük rəsmiləşdirməsi sahəsində Gömrük Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Ümid edirəm, qeyd olunan  çatışmazlıqlar da qısa müddətdə aradan qaldırılacaq”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Antitel analizləri üçün nə qədər ödəməliyik?

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 p...

Minaya düşən şəxs: Bir param kabinədə, ayaqlarım isə... - VİDEO

Məqsədimiz çəkiliş qrupu ilə Qamışlı kəndində görüşmək, plan üzrə Susuzluq kəndi ərazisinə daxil olmaq idi. Bu ərazilərdə çəkilişlər aparacaqdıq. Üç nəfər "KamA...

"Jurnalistlər binası"nın komendantı HƏBS EDİLDİ

"Jurnalistlər binası"nın komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. ...

28 ildən sonra evinə qayıdan Şuşa sakini həyətindən görün nə tapdı - VİDEO

Şuşa sakini 28 illik həsrətdən sonra doğma şəhərində yerləşən evlərinin həyətini təmizləyib. Sfera.az xəbər verir ki, həmin şəxs həyətini təmizləyərkən Şu...

Kitab oğrusu kimi müzakirə olunan Elməddin danışdı - VİDEO

Kitab oğruları kimi gündəmdə müzakirə olunan iki şəxsdən biri - Elməddin Süleymanov məsələyə aydınlıq gətirib. Sfera.az xəbər verir ki, o müzakirəyə çevri...

“Siracla Məhərrəm öndəki “Kamaz”da idi” - Kəlbəcərə ezam olunan fotoqraf

Xüsusi çəkiliş qrupu olaraq səhər saatlarında Kəlbəcərin Susuzluq kəndinə yollandıq. Biz iki maşınla gedirdik. Siracla Məhərrəm öndəki "Kamaz"da idi. Mən digər ...