Bağdad aeroportuna raket zərbələri endirildi

23:33 / 02.05.2021
2547
İraqın Bağdad Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb.
Sfera.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik qüvvələri məlumat yayıb.
Bir neçə raketin aeroport yaxınlığına düşdüyü deyilib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.