Bağdadda 4 nəfər naməlum snayperlər tərəfindən güllələnib
10:26 / 05.10.2019
1279
İraqın paytaxtı Bağdadda keçirilən etirazlar zamanı ən azı dörd nəfər naməlum snayperlər tərəfindən öldürülüb.
Sfera.az tend-ə istinadən bildirir ki, bu barədə "AFP" agentliyi bildirib.
Məlumata əsasən, iki mülki şəxs və təhlükəsizlik qüvvələrindən iki nəfər həlak olub. Əlavə məlumat verilmir.
Qeyd edək ki, İraqda oktyabrın 1-də yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə nümayişlər başlayıb.