8 və 16 mayda şagirdlərə hansı dərslər keçiriləcək?

8 və 16 mayda şagirdlərə hansı dərslər keçiriləcək?
Ramazan bayramı ilə əlaqədar istirahət günlərinin yerlərinin dəyişməsi səbəbindən 8 və 16 may məktəblərdə iş günüdür.

Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət gününün yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, bu həftənin şənbə günü mayın 11-i üçün nəzərdə tutulan dərslər, növbəti həftənin bazar günündə isə mayın 12-də keçirilməsi nəzərdə tutulan cədvəl əsasında dərslər keçiriləcək.

Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla ölkədə mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...