No Image
No Image

“Azərsun” kanalizasiya suyu axıdılan göldən duz çıxardır – İTTİHAM

“Azərsun” kanalizasiya suyu axıdılan göldən duz çıxardır – İTTİHAM
Binəqədi gölü ətrafında yaşayan sakinlər "Azərsun Holdinq”i Masazır gölünün suyunu çirkləndirməkdə itiham edir.
 
Sfera.az vəbər verir ki, bu barədə "Ecofront” adlı "Facebook” səhifəsində paylaşım edilib. Sözügedən paylaşımda sakinlərin "Azərsun Holdinq”in Binəqədi bəndini dağıtması ilə bağlı narazılığı öz əksini tapıb:

""AzərSun" ağını çıxardır, gizlənqaç oynayır. Biz Binəqədi gölünün bəndini bərpa edirik, bunlar gəlib bəndi dağıdır, kanalizasiya suyu ilə çirklənən gölün suyunu, təbii duzlu gölü olan Masazır gölünə axıdaraq gölün hidroloji rejimini alt-üst edir. Yenə bəndi dağıdıblar. Üstəlik, Masazır gölündən duz çıxarırlar. Duz çıxartmaq üçün müəssisəyə gölün səviyyəsini qaldırmaq lazım olan kimi, gəlib bəndi dağıdırlar. Bu gölə bütün ətrafdan kanalizasiya suları axır. Ayrılan vəsaitləri yeyib talayıblar, indi yadlarına düşüb ki, gölə kanalizasiya axır. Bunu məqsədli şəkildə edirlər. Hələ də "Azərduz"un istehsalı davam edir. Bu biabırçılığa məntiqli bir zaman kəsiyində son qoyulmasa, etiraz aksiyalarına başlayacağıq. Başqa ediləcək nə qalıb bilmirik". 
 
Yerli camaat holdinq qarşısında tələb də irəli sürüb:

"Tələblərimiz bunlardır:

1. Masazır gölünə kanalizasiya sularınına axıdılmasının qarşısı alınsın!

2. Məsələ həll edilənə kimi və gölün suyunun duz istehsalı üçün təhlükəsiz olması ilə bağlı ekspert rəyləri alınana qədər göldə duz istehsalı dayandırılsın!".
 
Sfera.az
İnci

 
 
 
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vətəndaşlara "COVID pasportu" veriləcək? - ÜST cavab verdi

"Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”. Sfera.az xəbər v...

Bakıda torpağın qiyməti bahalaşa bilər - Bu tarixdən

Hər ilin sonu və növbəti ilin əvvəlində daşınmaz əmlak bazarında müəyyən passiv bir vəziyyət yaranır və bu il də oxşar vəziyyəti müşaidə edirik. Sfera.az ...

Yaz aylarında pandemiya alovlanacaqmı? - Professordan PROQNOZ

Vaksinasiya insanlara necə təsir edəcək? Yazda koronavirus infeksiyası alovlanacaqmı? Rusiyalı infeksionist, tibb elmləri doktoru, professor Nikolay Malış...

Oqtay Gülalıyevi vuran sürücü həbs edildi - 2 il 3 ay

Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib. Sfera.az xəbər verir ki, bu ...

BNA sabahdan Bakıda yeni marşrut xəttlərini istifadəyə verir

Paytaxtın ictimai nəqliyyat sektorunda təhlükəsiz xidmət, eyni zamanda sərnişindaşımada kəmiyyətin artırılması baxımından qabaqcıl dünya praktikasından istif...

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb. Bu barədə Sfera.a...