“Azəristiliktəchizat” ASC binada istiliyi vaxtından əvvəl kəsdi

“Azəristiliktəchizat” ASC binada istiliyi vaxtından əvvəl kəsdi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binanın bir qrup sakini "Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova açıq şikayət məktubu ünvanlayıb.

 

 

Demokrat.az-a daxil olan məktubda sakinlər sözügedən binanın istilik sisteminin vaxtından əvvəl söndürülməsindən narazılıq edirlər.

 

 

Sakinlər deyir ki, Bakıdakı binalarda isitmə mövsümü noyabrın 15-dən aprelin 15-dək olsa da, ancaq "Azəristiliktəchizat” ASC Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binanın istiliyini vaxtından əvvəl - martın 22-dən etibarən kəsib.

 

 

Sakinlərin sözlərinə görə, binada qazanxananı qazla təmin edən xəttin təzyiqi azaldılıb.

 

 

Sakinlər bildirir ki, "Azəristiliktəchizat” ASC-nin nümayəndələri 222 saylı istixanadan şəxsi obyekt kimi istifadə edirlər:

 

 

"İstədikləri vaxtı binanın istiliyini kəsirlər. Onların fəaliyyətinə nəzarət edən yoxdur. Havaların keçməsi sakinlərin evlərində soyuqdan əziyyət çəkməsinə səbəb olub. Ətrafda 100 metrlik məsafədə yerləşən istixanada normal istilik verildiyi halda Əli Kərim 9 ünvanındakı binanın istiliyi yoxdur".

 

Sakinlər bununla bağlı "Azəristiliktəchizat” ASC-nin "qaynar xətt"inə zəng etikləri zaman kobud cavablar aldıqlarını deyirlər:

 

 

"Bayram günləri binada istilik kəsilib. Bir neçə sakin "Azəristiliktəchizat” ASC-nin ərazi üzrə nümayəndəsi Arif adlı şəxslə əlaqə saxladıq. O, bizə bildirdi ki, bayram günü onu narahat etməyək, istirahətini pozuruq və sairə".

 

 

Sakinlər problem həllini tapmadığı təqdirdə, bu həftə Prezident Administrasiyasına şikayət ediləcəklərini deyirlər.

 

 

"Əgər problem həll edilməsə, biz bu həftə Prezident Administrasiyası qarşına gedərək, hörmətli Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyik. Çünki "Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənova bir neçə dəfə ünvanladığımız müraciətlərə baxan yoxdur. İnsanları dövlətdən narazı salanlar bu cür məmurlardır".

 

 

Məsələ ilə bağlı "Azəristiliktəchizat” ASC-nin ərazi üzrə nümayəndəsi Arif adlı şəxslə əlaqə saxladıq.

 

 

O, bu məsələ ilə bağlı danışmaq istəmədiyini söylədi:

 

 

"Mənə rəhbərlik nə deyirsə, onu icra edirəm. Xahiş edirəm, birdə məni narahat etməyin".

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...