\"Azərikimya\" büdcəyə artıq ödəmələrdə fərqlənib

\
 

2019-cu ildə Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 2018-ci illə müqayisədə azalıb, artıq ödəmələrin formalaşmasında Bakının payı daha yüksək olub, bu məbləğin azalması əsasən dövlət və xarici mülkiyyətdə olan vergi ödəyiciləri hesabına baş verib. 

Sfera.az  xəbər verir ki, bu barədə Hesablama Palatasının "2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

 

Rəyə əsasən, ötən il artıq ödəmələr 1,76 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 240 milyon manat və yaxud 12% azdır. Artıq ödəmələrin 1,58 milyard manatı Bakıda, 180 milyon manatı isə regionlarda yaranıb. 2019-cu ildə azalmış artıq ödəmə məbləğinin 84 milyon manatı dövlət mülkiyyətində, 73 milyon manatı xarici mülkiyyətdə, 44 milyon manatı birgə mülkiyyətdə, 39 milyon manatı isə xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payına düşüb.

Bununla belə, azalma fonunda bəzi vergi ödəyiciləri artıq ödəmələrdə müsbət dinamika nümayiş etdirib, bu dinamika isə əsasən əlavə dəyər vergisi (ƏDV) üzrə ödəmələrdə müşahidə olunub. Əsas artımlar dövlət sektorunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyi üzrə (ilin əvvəlinə artıq ödəmə olmadığı halda ilin sonuna 10 milyon manatdan çox), özəl sektorda isə sahibkarlıq fəaliyyəti məşğul ola fiziki şəxslər üzrə (ilin əvvəlinə nisbətən 20,4% artımla 173 milyon manata yaxın) qeydə alınıb. 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...