Azəridmanservis: TOPAZ-ın maliyyə məsələlərinə “Caspian Tech” şirkəti cavabdehdir - 100 milyonluq skandal

Azəridmanservis: TOPAZ-ın maliyyə məsələlərinə “Caspian Tech” şirkəti cavabdehdir - 100 milyonluq skandal

İdman-mərc oyunlarını həyata keçirən "Topaz”ın son aylarda öz öhdəliyini yerinə yetirə bilmədiyi haqda məlumatlar dolaşır.


Həmin məlumatlara əsasən, "Topaz” aylardır, öz agentlərinin depozitlərini qaytarmaqdan imtina edir, tərəfdaş şirkətlərə milyonlarla manat borcunu ödəmir.

Eyni zamanda pandemiya dövründə "Topaz”ın onunla əməkdaşlıq edən agentlərini səhv məlumatlandırdığı üçün həmin agentlərə cərimə yazıldığı və bu cərimələri "Topaz”ın ödəməkdən imtina etdiyi bildirilir.

 

"Topaz”ın öz öhdəliklərini icra edə bilməməsi şirkətin müflis olduğu və bu səbəbdən onun lisenziyasının geri alınacağı haqda məlumatlar yayılır.

 

"Topaz”-a fəaliyyət üçün lisenziyanı Gənclər və İdman Nazirliyi verib. Uzun müddətdir ki, idman-mərc oyunlarına Nazirliyin "Azəridmanservis” MMC adlı şirkəti nəzərət edib.


Sfera.az yayılan məlumatlarla bağlı "Azəridmanservis” MMC-nin baş direktoru Azər Məhərrəmovun fikirlərini öyrənib. A.Məhərrəmov "Topaz”ın fəaliyyəti, onun maliyyə öhdəlikləri ilə bağlı hər hansı fikir bildirmək səlahiyyətinə sahib olmadığını söyləyib.


 


O bildirib ki, rəhbərlik etdiyi şirkət və nazirlik "Topaz”ın fəaliyyətinə görə cavabdehlik daşımır: "”Topaz”ın "Caspian Tech” adlı öz təşkiledici şirkəti var və maliyyə və digər məsələlərlə bağlı onlar cavabdehdilər. Əgər hər hansı şikayət, narazılıq varsa, bizə, Gənclər və İdman Nazirliyinə aidiyyatı yoxdur”.

Bununla belə A.Məhərrəmov "Topaz”ın müflis olmadığını və lisenziyasının ləğv edilməyəcəyini bildirdi:

 

"Topaz” müflis olmayıb və lisenziyası ləğv edilməyəcək. Bu haqda yayılan məlumatlar səhvdir. Bununla bağlı məlumatım olduğu üçün sizə bildirirəm ki, bu dəqiqdir. Bildiyim qədərilə, pandemiya ilə əlaqədar "Topaz” işləmir. Amma yaxın dövrdə "Topaz” fəaliyyətinə başlayacaq”.


 

Xatırladaq ki, "Topaz” əvvəllər dövriyyəsinin 4-5 faizi qədərində olan vəsaiti "Azəridmanservis” MMC-yə ödəyirdi. Bunun əsasında ayrı-ayrı federasiyalar, nazirlik, idmançılar və bununla bağlı səfərlər maliyyələşdirilirdi. A.Məhərrəmov hazırda "Azəridmanservis”ə "Topaz”ın dövriyyəsindən hər hansı bir formada vəsaitin daxil olmadığını da dedi.



 

A.Məhərrəmov "Azəridmanservis” MMC-nin maliyyə vəziyyəti ilə bağlı digər sualları cavablandırmaqdan da imtina etdi.

 

Sfera.az-ın əldə etdiyi məlumata əsasən isə son 6 ildə TOPAZ Gənclər və İdman nazirliyinin nəzarətində olan "Azəridmanservis" MMC-yə 100 milyon manata yaxın vəsait ödəyib. Lakin şirkət bununla bağlı cəmiyyətə hesabat verməyib.


Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...