Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi -FOTO

Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi -FOTO
Estoniyada "Yaşıllar” partiyasının sədri vəzifəsinə yenidən Züleyxa İsmayılova seçilib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın illik konqresində qəbul olunub.
Qeyd edək ki, partiyanın sədrliyinə namizədliyini Estoniyanın keçmiş birinci xanımı Evelin İlves də irəli sürmüşdü.

Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi (FOTO)

Züleyxa İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Züleyxa İsmayılova ilk dəfə 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005-2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017-ci ildə Tallin şəhərinin vitse-meri seçilib.

O, 2016-cı ildə "Anne Stiil” jurnalının versiyasına görə Estoniyada "İlin qadını” seçilib.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Temesgen Tirunehin ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiy...

Bu MMC-nin rəhbəri 20 min manat CƏRİMƏLƏNDİ

"Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qaza...

Azərbaycanlı 19 kursant Türkiyədə səkkiz aylıq kursu TAMAMLADI

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar....

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış OLDULAR

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.   Sfera.az xəbər verir ki, ma...

Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Sizi bu yolla aldadırlar

“Etibarnamə yolu ilə əmlak almayın”.   Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzliyev deyib. Onun sözlərinə...

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub.  Sfera.az “Blo...