Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili - FOTO

Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili - FOTO
 

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı - Rusiyanın Xalq artisti Anna Netrebko Avstriyanın paytaxtı Vyana şəhərindəki lüks mənzilini izləyicilərinə nümayiş etdirib.

Sənətçi mənzilinin görüntülərini "Instagram” hesabında paylaşıb.

Sıx qrafik ucbatından Anna tez-tez mənzilinə baş çəkə bilmədiyindən gileylənib. O, evində olmaq və özünü evdar xanım kimi hiss etmək qərarına gəldiyini deyib.

"Uzun illər davam edən səyahət və işlərdən sonra on gün evdə olmaq xoşbəxtlikdir” – deyə, A.Netrebko bildirib.

48 yaşlı müğənninin mənzilinin fərqləndirici xüsusiyyəti - parlaq mebel, divarlarda asılan bir-birindən rəngarəng rəsmlər və Netrebkonun portretidir. Rəflərdə isə gözəl suvenirlər və müxtəlif ölkələrdən gətirilən bıçaq kolleksiyası var.

A.Netrebko tez-tez dünyanın müxtəlif yerlərindən suvenirlər gətirir, sonra bu əşyalar evin interyerinin bir hissəsinə çevrilir. Diqqət çəkən isə evin bir küncündə asılan böyük Venesiya maskasıdır.

A.Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, 2015-ci ildə Xalq artisti Yusif Eyvazovla ailə həyatı qurub. (Oxu.az)



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...