Azərbaycanlı professor vəfat etdi

Azərbaycanlı professor vəfat etdi
Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov vəfat edib.

Sfera.az  xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika institutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1975-1978-ci illərdə İnstitutun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində baş konstruktor, laboratoriya müdiri, 1978-1982-ci illərdə İnstitutun nəzdində yaradılmış XKB-da baş mühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri" laboratoriyasının rəhbəri vəzifələrində çalışıb.

O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və 2011-ci ildən professor idi.

O.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. Onun elmi nəticələri əsasında və birbaşa rəhbərliyi ilə institutun Xüsusi Konstruktor Bürosunda bir sıra informasiya, nəzarət və diaqnostika sistemləri yaradılmış və keçmiş SSRİ-nin müdafiə əhəmiyyətli müəssisələrində və "Krasnodarneft”, "Çernomorneft” və b. neft-qazçıxarma idarələrində tətbiq edilib.

O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə, 2015-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.

Alim 138 elmi əsərin, onlardan 29 patent olmaqla müəllifi idi.

O.Nüsrətov 2001-2019-cu illərdə institutun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının seminarının sədri, 2006-2019-cu illərdə şuranın üzvü, 2009-2019-cu illərdə şuranın sədr müavini və 2019-cu ildən isə ED 1-20 dissertasiya şurasının sədri olub.

O.Nüsrətov elmi işi ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Texniki Universitetinin "İnformasya texnologiyaları və proqramlaşdırma” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnformasiya texnologiyaları və sistemləri” kafedralarında professor vəzifəsində işləyib.

O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil edib.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...