Cəmİyyət

Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, yalnız bir gecə münasibət istəyirlər

Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, yalnız bir gecə münasibət istəyirlər
 

"Sevdiyim oğlanla münasibətimiz üç il davam etdi, sonra ayrılmağa qərar verdik. Bu münasibət həyatımdakı ən uzun eşq romanı oldu. İndi Amerikada yaşayıram və açıq deyim ki, amerikalı oğlanları heç sevmirəm. Cəsarətli, həssas deyillər və yalnız bir gecə və ya bir gün münasibət istəyirlər. Mən isə ciddi münasibətlərin tərəfdarıyam".


Sfera.az demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri Ruslana Gee kimi tanınan model və bloger Ruslana Cavadova Rusiyanın "15-dən birini seç" realiti şousunda deyib.


Model bir bəylə yaşanacaq məhəbbətin dostluqdan sevgi münasibətlərinə çevrilməsini istəyir. Onun üçün münasibətdə önəmli məqam isə qarşılıqlı hörmət və incə davranışdı.


Cavadova əlavə edib ki, amerikalılarla deyil, ruslarla və ya qafqazlılarla münasibətlər qurmaq istəyir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930