No Image
No Image

Azərbaycanlı milyarderlər niyə Qarabağın bərpasına pul xərcləmir?

Azərbaycanlı milyarderlər niyə Qarabağın bərpasına pul xərcləmir?
"Milli hisslərin zəif olması və yaşadıqları ölkələrdə yerli strukturlardan asılı olmalarından irəli gəlir”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı imkanlı şəxslərin mütləq əksəriyyətinin Qarabağın bərpası və qazi, şəhid ailələrinə yardım məsələlərində aktivlik  nümayiş etdirməmələrinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib:  
 
"Azərbaycanlı miyarderlər, imkanlı insanlarımız tək müharibədən sonra yox, ondan əvvəl də xeyriyyə işlərində erməni və yəhudilərə nisbətən fərqli davranış nümayiş etdirdilər.  Bu əsasda belə qənaətə gəlmişəm ki,  ermənilər arasında milli hissləri güclü olanlara kömək olunub  və onlar irəli çıxaraq bu və ya digər imkanlara sahib olublar. Məhz diaspora və  ölkə daxilində onlara kömək edilməsinin nəticəsidir ki, ermənilər arasında zəngin olanlar sırasında milli hissi güclü olanlar çoxluq təşkil edir. Ermənkistanda onları heç kim qınamır, heç kəs təzyiq göstərmir”.

Sosioloqun fikrincə,  milyarder soydaşlarımız arasında milli hisslər zəifdir:  "Rusiyada yaşayan zənginlərimiz Qarabağın bərpası prosesinə yardım etməklə erməni təəssübkeşlərinin onlardan incik düşəcəyindən, maneə olacaqlarından ehtiyat edirlər. Çünki bilirlər ki, Rusiya  ermənilərin təəssübünü çəkir.  Həmçinin, milyoner olan soydaşlarımızın mütləq əksəriyyəti  heç də milli hisslər baxımından bu səviyyəyə gəlib çatmayıb. Yalnız yaşadıqları ölkədə yerli strukturlarla güclü əlaqələri sayəsində bu imkanı əldə ediblər.
 
Erməni  milyarder Ermənistanın gələcəyini düşünərək, 1700-ə yaxın tələbəni dünyanın ən qabaqcıl universitetlərində oxutdurur. Azərbaycanlı milyarderlər isə bu cür kadr yetişdirməyə maraq göstərmir. Bunu etmək onların heç ağlına da gəlmir. Əvəzində, hansısa kino və yaxud musiqi ulduzunu dəvət edərək, onlara bahalı əşyalar bağışlayırlar”.
 
Elçin
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Həsənovun vəziyyəti pisləşdi: Prezidentə müraciət edildi

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünv...

"Şuşa və Kəlbəcərə giriş pullu olsun" - Sabiq deputat

"Deyilənə görə, "Zəfər parkı"na giriş pulludur - 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq”. Sfera.az xəbər ve...

“Bu ixtisası seçənlər kimyadan imtahan verməməlidir" - Ekspertdən ETİRAZ

"Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: İnformatika müəllimliyi ixtisasını seçənlər informatikadan deyil, kimyadan qəbul imtahanı verməl...

“Yoldaşımı 4 saat müddətində qəbul otağında saxlayıb...” – Gəncə RİH-dən şikayət

Gəncədə İcra başçısının 1-ci müavini Səməd Tomuyevlə bağlı vəzifədən sui-istifadə etməsilə bağlı iddia irəli sürülüb. Sfera.az-ın məlumatına görə, bu ba...

"Toy edənləri cəzalandırmaq kimi prinsipimiz yoxdur" - DİN

"Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu icra edirik". Sf...

Təhsil naziri icra başçısının müavininə vəzifə verdi - FOTO

Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun birinci müavini Qüdrət Əliyev Şəmkir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sfer...