Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır
 Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın "Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb.

Nizami Piriyev 1958-ci il yanvarın 11-də dünyaya gəlib. O 1992-2002-ci illərdə "PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın "StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.

Nizami Piriyev ad-soyadını daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb. Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

Ölkəmizdə həmçinin "KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli olaraq, Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.
 
(futbol+)

OXŞAR XƏBƏRLƏR

Əlvida pandemiya! Əlvida koronavirus! — FOTOLAR

 Çexiyada maraqlı festival keçirilib.   Sfera.az  xəbər verir ki, belə ki, ölkənin paytaxtı Praqada "Əlvida Pandemiya" (COVİD-19) festivalı ...

Pandemiyanın DƏHŞƏTLİ NƏTİCƏLƏRİ açıqlandı

 Pandemiya diabet xəstələrinin sayının artmasına səbəb olub. Sfera.az xəbər verir ki, bu barədə rusiyalı ekspertlər xəbərdarlıq edib. Bildirili...

ÜST: Koronavirus daha sürətlə yayılır - TƏHLÜKƏ

 Ayrı-ayrı ölkələrdə əldə edilən irəliləyişə baxmayaraq, bütövlükdə dünya miqyasında COVID-19 pandemiyası daha sürətlə yayılmağa başlayıb. Sfera.az x...

PKK-nın Ərəb Əmirliyinə satdığı talesiz uşaqlar – Orqan alverinin izi ilə...

Liviya, Sudan, Misir və Yəməndə qan tökən Birləşmiş Ərəb Əmirlikləri, indi Suriyada uşaq və orqan ticarətinə başlayıb. 2015-ci ildə vəliəhd şahzadə Məhəmməd b...

Koronavirus peyvəndi belə vurulacaq - Hazırlıq tamamlanır, oktyabrda...

  İngiltərənin Oksford Universitetindən koronavirusa qarşı hazırlanan peyvənddən ümidverici xəbərlər gəlib. Sfera.az xəbər verir ki, hazırda kliniki sına...

Çinli həkim koronavirusun bitəcəyi tarixi açıqladı - ŞAD XƏBƏR

  Yeni növ koronavirus gələn ilin yazına qədər davam edəcək. Sfera.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə çinli həkim Çjun Nanşan bildiri...