Azərbaycanlı hərbçilərdən məxfi məlumatlar toplamağa çalışan QADIN KİMDİR? - FOTOLAR

Azərbaycanlı hərbçilərdən məxfi məlumatlar toplamağa çalışan QADIN KİMDİR? - FOTOLAR
Amerkalı jurnalist Lindsi Snell müxtəlif üsullardan istifadə edərək Azərbaycan və Türkiyə hərbçilərindən məxfi məlumatlar toplamağa cəhd edib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "DHA” agentliyi yayıb.

Məlumata görə, Snell feysbuk, tvitter, instaqram kimi sosial şəbəkələr üzərindən hərbi personal ilə əlaqə qurub. Qadın jurnalistin bununla Türkiyənin hərbi əməliyyatları ilə bağlı məlumat toplamağa çalışdığı müəyyən edilib. Bununla yanaşı, Snell "Tinder” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığı hərbçilərlə seksual xarakterli yazışmalar həyata keçirib, video və fotolar paylaşıb.

Həmçinin məlum olub ki, Snell sosial şəbəkə hesabları vasitəsilə xaricdə xidmətdə olan türkiyəli və azərbaycanlı hərbçiləri də hədəf alaraq onlardan məxfi məlumatlar toplamağa çalışıb. 

Sözügedən jurnalist İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlər həyata keçirib. Belə ki, o, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə yazılar dərc edib.

Bildirilir ki, Snell 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yolla girərkən saxlanılıb. O, elə həmin il hərbi baxımdan qadağan olan zonanı pozmaq və casusluq ittihamı ilə həbs olunub və bir neçə ay həbsxanada qaldıqdan sonra Türkiyədən deportasiya edilib. (Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...