No Image

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

Azərbaycanlı həkimdən
 
"Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb".

Sfera.az  xəbər verir ki, bu fikirləri tanınmış həkim Zülfüqar Yusifov "Yeni Müsavat”a açıqlamasında səsləndirib.

O, SARS, MERS VƏ COVİD-19 viruslarının beta koronavirus ailəsinə aid olduğunu, sadəcə o virusla yeni növ koronavirusun fərqinin yoluxma qabiliyyətinin indi daha çox olduğunu bildirib:

"O zamankı virusun öldürücülük qabiliyyəti yüksək idi. SARS və MERS-in öldürücülük qabiliyyəti 11-35 faiz arasında dəyişib. İndiki koronavirusda isə təxminən 1-3 faiz arasındadır. Ancaq onların yoluxma imkanları, yayılma arealı az olub. Ona görə də, təxminən 7-8 min nəfərə yoluxub və dayanıb. Yeni koronavirusun əvvəlkilərdən fərqi çox yayılmasında və az öldürücü olmasındadır”.

COVİD-19-un SARS və MERS kimi bir neçə aya yoxa çıxması ehtimalına gəlincə, Z. Yusifov bunu çox da mümkün hesab etmir:

"Yoluxma miqyasının genişliyi bu ehtimalları azaldır. Yoluxma o qədər çoxdur ki, bir qrup insanda bitir və digərlərinə keçir. Bu minvalla virus uzun müddət davam edə bilər. Yoluxma tezliyinin intensiv olması, bu virusun uzun müddət davam edə biləcəyini düşünməyə əsas verir”.

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər - SİYAHI

  Bəzi xəstəliklər koronavirusa qarşı vaksinasiyada əks göstərişlərə malikdir. Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ...

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz

  Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə...

"Əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?"- AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndin...

Koronavirusla bağlı daha bir sirrin üstü açıldı - Əslində ölüm səbəbi...

  Ötən ilin noyabr ayından etibarən sürətlə dünyaya yayılan, 11 milyona yaxın insana yoluxan, yarım milyondan çox insanın ölümünə səbəb olan yeni növ koro...

"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" — Baş infeksionist həyəcan TƏBİLİ ÇALDI

 Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.   O, "Ölkə.Az”a açıqlamasında bildirib ki, s...

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

  "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik ol...