Azərbaycanlı ailə əti əvəzləyən pendir istehsal edir - Video

Azərbaycanlı ailə əti əvəzləyən pendir istehsal edir - Video
Niftəliyevlər ailəsinin Quba "ABAD Factory” İstehsalat Kompleksində istehsal olunan pendir dadı və xüsusiyyətlərinə görə, məhsulun digər növlərinə heç bənzəmir. Bu pendiri bişirmək, qızartmaq eləcə də dolma, düşbərə kimi yeməklərdə ət əvəzinə istifadə etmək mümkündür

Niftəliyevlər ailəsi artıq 20 ildən çoxdur süd məhsullarının istehsalı ilə məşğul olur. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir. Ailənin qida məhsullarının istehsalı sahəsinə marağı vegetarian həyat tərzini seçdikdən sonra yaranıb.

"25 il bundan əvvəl mən ailəmlə birlikdə vegetarian olmaq qərarı verdik. Bu həyat tərzini seçəndən sonra bizim qida rasionumuz xeyli azaldı. Mən onda fikirləşdim ki, özümüz və digər vegetarian ailələr üçün belə bir pendir məhsulu hazırlayım. Pendir və ümumiyyətlə süd məhsulları haqqında xeyli ədəbiyyat oxudum. Çünki süd məhsulları vegetarianların əsas qidasıdır. Dünyada olan bütün pendir növləri haqqında öyrəndim. Sonra hər növün xoşuma gələn keyfiyyətlərini özündə birləşdirən bir pendir istehsal etməyə başladım. Ortaya yeni növ dadlı bir pendir çıxdı”, -deyə Ədalət Niftəliyev söyləyib.

"ABAD”çı ailənin hazırladığı pendir bir çox keyfiyyətləri özündə birləşdirir. Bu pendiri bişirdikdə, qaynatdıqda və qızartdıqda ərimir və formasını dəyişmir. İkincisi, bu pendiri hisə vermək mümkündür. Ən əsası isə pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın ilkin dadını özündə saxlayır.

"Biz pendiri özümüz, ailəmiz üçün hazırlayırdıq. Satışını heç cür təşkil edə bilmirdik. Sonra eşitdik ki, "ABAD” adlı bir qurum var və bu qurum bizim kimi ailələrə tək avadanlıqlardan istifadədə deyil, eyni zamanda, satışın həyata keçirilməsi kimi bir çox xidmətlərdə dəstək olur. Hazırda bizim ailəmizin məhsulu üçün "Baharat” brendi yaradılıb və pendirimiz artıq bazarda tanınır”, -deyə müsahibimiz qeyd edib.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin kökü Hindistanın pendir növlərinə söykənir. Hazırda yeganə pendir növüdür ki, onu qızartmaq mümkündür.

Niftəliyevlərin "Baharat” pendiri "ABAD” bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.

Qubada "ABAD Factory” İstehsalat Kompleksinin açılışı ötən ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.

Quba "ABAD” Regional Mərkəzinin direktoru Elxan Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ikimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində "ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür.

Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba "ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 "ABAD”çı ailə fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...