Azərbaycanla əlaqələri pisləşərsə, İran milyardlar İTİRƏCƏK

Azərbaycanla əlaqələri pisləşərsə, İran milyardlar İTİRƏCƏK
İranla Azərbaycan arasında yaranan siyasi gərginliyin iki ölkənin iqtisadi münasibətlərinə də mənfi təsir imkanı var. İqtisadi münasibətlərdə gərginliyin özünü əsasən ticarət əməliyyatlarında, eyni zamanda turizm əlaqələrində göstərməsi mümkündür. 

Sfera.az bildirir ki, ticarət əlaqələri pisləşərsə, bundan daha çox İran zərər görəcək. İki ölkə arasında ticarət dövriyəsi böyük deyil. 2021-ci ilin yanvar-avqust dövrünə aid olan məlumata görə, ticarət dövriyyəsi 256 milyon dollar olmaqla cəmi ticarət dövriyyəsinin 1,26 faizini təşkil edib. 

Ticarətin həcmi kiçik olsa da, burada İranın payı böyükdür. İki ölkə arasında mal dövriyyəsinin 237 milyon dolları İranın, 19,2 milyon dolları Azərbaycanın payına düşür. Ticarətdə İranın qazancı 218 milyon dollar təşkil edib. Göründüyü kimi, İran Azərbaycandan aldığından 12,3 dəfə çox məhsulu ölkəmizə satır.

Rəsmi məlumatlara əsasən, Azərbaycan İrana təbii qaz, pambıq lifi, elektrik enerjisi satır. İrandan isə ölkəmizə gətirilən malların çeşidi çoxdur. 
Yanvar-iyul aylarına aid olan genişləndirilmiş məlumata görə, İrandan 212 milyon dollar dəyərində mal idxal edilib. Bunun 29,5 milyon dollarını tərəvəz (tərəvəzin 22 milyon dolları kartofdur), 29 milyon dollarını tikinti materialları, 19,6 milyon dollarını rezin və plastik kütlədən hazırlanan mallar, 16,9 milyon dollarını meyvə (portağal 6,7 milyon dollar, xurma 4 milyon dollar, kivi 1,55 milyon dollar), 15,4 milyon dollarını təbii qaz, 12,1 milyon dollarını əlvan və qara metallardan hazırlanan məmulatlar, 10,5 milyon dollarını polietilen idxalı təşkil edib. Adıçəkilən məhsullardan başqa 8,7 milyon dollarlıq avtomobil ehtiyat hissələri, 7,5 milyon dollarlıq kimya sənayesi məhsulları idxal olunub. 

İki ölkə arasında turizm dövriyyəsi ticarət əməliyyatları ilə müqayisədə daha böyükdür. 2020-ci ildə pandemiyanın yayılmasından sonra dövriyyə xeyli kiçilib. Pandemiyaya qədər bir ildə Azərbaycana 3,17 milyon turist gəlib. Turistlərin 257 min nəfəri İran vətəndaşları olub. Azərbaycandan İrana gedənlərin isə sayı daha çoxdur. Xaricə gedən 5,57 milyon turistin 2,044 milyonu İrana səfər edib. 
Müxtəlif məlumatlara əsasən, Azərbaycan vətəndaşları pandemiyaya qədər hər il İranda 1 milyard dollara yaxın pul xərcləyirdi. 

İqtisadi göstəricilərin təhlili göstərir ki, münasibətlərin pisləşməsi iqtisadi əlaqələrə də zərər verərsə, bundan daha çox İran ziyan edəcək. İranın illik zərəri 1 milyard dollardan artıq olacaq.

Vasif
Sfera.az
 
   


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...