Azərbaycanın Müdafiə Nazirliyindən AÇIQLAMA

Azərbaycanın Müdafiə Nazirliyindən AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb. 

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən Sfera.az-a bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən  hərbi hissələrdən birində xidmət keçən  hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir! 

Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər. 

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...