Azərbaycanın ixrac etdiyi metallar BAHALAŞIR – İki dəfə çox gəlir əldə edəcəyik

Azərbaycanın ixrac etdiyi metallar BAHALAŞIR – İki dəfə çox gəlir əldə edəcəyik
Son bir ildə azqiymətli metallar və onlardan hazırlanan məmulatların nəzərəçarpacaq dərəcədə bahalaşması Azərbaycanın metal ixracından əldə etdiyi gəlirin xeyli artmasına səbəb olub.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində azqiymətli metalların ixracından gəlirimiz 28,78 milyon dollar olduğu halda, 2021-ci ilin eyni dövründə ixrac gəlirimiz 55,36 milyon dollara yüksəlib. 

Azqiymətli metalların ixracının artmasında əsas rolu qiymət artımı oynayıb. Ölkəmizin ixracında azqiymətli metallardan alüminium, mis, qara metallar, qurğuşun böyük paya sahibdir.
 
Qeyd edilən dövrlərin müqayisəsi göstərir ki, alüminiumun bir tonunun qiyməti 1700 dollardan 2150 dollara, misin dəyəri 2570 dollardan 4000 dollara, qurğuşunun bir tonunun qiyməti 1800 dollardan 2050 dollara yüksəlib. 

Bahalaşma hesabına mis satışının dəyəri 3,1 milyon dollardan 10 milyon dollara, alüminium satışının dəyəri 15,5 milyon dollardan 27,7 milyon dollara, qurğuşun ixracının dəyəri 1,55 milyon dollardan 2,25 milyon dollara qədər artıb. 

Qara metalların dəyərində isə azalma olsa da, Azərbaycan ixrac miqdarını artırmaqla daha çox gəlir əldə edib. Belə ki, qara metal və ondan hazırlanan məmulatların orta qiyməti 2020-ci ilin yanvar-fevral dövründə 720 dollar olduğu halda ixrac dəyəri 8,38 milyon dollar, 2021-ci ilin yanvar-fevralında qiymətlər 600 dollara düşdüyü halda, ixrac dəyəri 14,64 milyon dollar olub.

2021-ci ilin mart və aprel aylarında da azqiymətli metalların əksəriyyəti bahalaşıb. Bugünə olan məlumata əsasən, illik müqayisədə qurğuşun 27 faiz, alüminium 62 faiz, mis 84 faiz bahalaşıb. Hazırkı qiymət səviyyəsi qalacağı təqdirdə Azərbaycan bu il metal ixracından daha çox qazanacaq.

Vasif
Sfera.az
 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...