“Azərbaycanın İrəvandakı nümayəndəliyi...” – Babayandan şok iddia

“Azərbaycanın İrəvandakı nümayəndəliyi...” – Babayandan şok iddia
"Nikol Paşinyan parlamentin tribunasından çıxış edərək, müxalifətin fəaliyyətinin əsirlərin geri qaytarılması prosesinə zərər verdiyini bəyan edir, o, bununla sadəcə yalan danışır”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın "Vətən” partiyasının rəsmisi Arsen Babayan deyib.

Babayan Ermənistan baş nazirinin öz uğursuzluğunu müxalifətin adına yazmağa çalışdığını bildirib:

"Bel çantaları” (Paşinyan tərəfdarları - red.) belə bir yalan danışdıqdan sonra xalqın onları qoruyacağını düşünürsə, o zaman bu cəmiyyəti təhqir edirlər. Çünki bir nəfər də 44 gün yalan danışan bu insana inana və ya etibar edə bilməz”.
 
Siyasətçi Ermənistan hakimiyyətini Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib: "Ermənistanın mövcud hökuməti Azərbaycanın İrəvandakı nümayəndəliyidir”.

Babayan baş verənlərə baxmayarq, Paşinyanın istafa vermək niyyətində olmadığı, əksinə cidd-cəhdlə qarşıdakı seçkilərə hazırlaşdığını söyləyib:

"Aydındır ki, seçkiləri təşkil edərkən güclərini qorumaq üçün son dərəcə cinayətkar addımlara əl atacaqlar. Mütləq belə olacaq. Paşinyan hakimiyyətdən getməli idi, amma bu baş vermir. Amma cinayət işi çərçivəsində prokurorluq istintaqa başlamalı və Paşinyanı həbs etməlidir”. (Teleqraf)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...