No Image
No Image

Azərbaycanın İlk hərbi nazirinin məzarı tapılıb

Azərbaycanın İlk hərbi nazirinin məzarı tapılıb
Uzun sürən axtarışlardan sonra görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy oğlu Sultanovun məzarı tapılıb.

 


Sfera.az xəbər verir ki, karabakhmedia.az saytına bu barədə Xosrov bəy Sultanovun mənsub olduğu nəslin nümayəndəsi, araşdırmaçı, doktor Orxan Cəbrayıl məlumat verib. Orxan Cəbrayıl bildirib ki, Xosrov bəy Sultanov 1943-cü ildə İstanbul şəhərində vəfat edib, qəbri Feriköy məzarlığındadır. 

Azərbaycanın dövlətçilk tarixinə adı qızıl hərflərlə yazılmış Xosrov bəy Sultanov haqqında qısa məlumatı oxuculara təqdim edirik. 

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Soltan bəyin nəvəsi Elbrus Muradov verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki, həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir. 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmış, 1943-cü ildə İstanbulda vəfat etmişdir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusun sona çatması üçün heykələ maska taxdılar - FOTO

Yaponiyanın Fukuşima şəhərindəki nəhəng buddist heykəlinin ağız nahiyəsinə 35 kiloqram ağırlığında maska taxılıb.   Sfera.az xəbər verir ki, bu addım kor...

Azərbaycanda tapılan qeyri-adi məxluq dünyanı şoka saldı

Azərbaycanda tapılan qeyri-adı canlı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sfera.az oxu.az-a istinadən bildirir ki, bu barədə  İspaniyanın "La ...

Öldü, amma PROQNOZLARI Bir Bir Çıxır, Dünya qorxu içində!

Vanqanın bu illə bağlı dedikləri çoxlarını heyrətə gətirib.   Deyibmiş ki, beş iki bir yerdə olanda yer kürəsində bütün insanlığı əhatə edən hadisə baş ...

Metroda nikaha icazə verildi - Gecə saatlarında...

Rusiyanın paytaxtı Moskvada bələdiyyə sədrininin müavini Anastasiya Rakova metroda nikaha girməyin mümkün olduğunu açıqlayıb.    Sfera.az xəbər veri...

DÜNYANIN ƏN SİRLİ YERİ - Bu şəhərdə tualetə getmək qadağandır - FOTO/VİDEO

Əhalisinin əksriyyətini tibetli ruhanilər təşkil edən Sertar şəhəri dünyanın ən maraqlı yerlərindən biridir. Çinin şərqində yerləşən bu şəhər qadağaları ilə diq...

Emmanuel Makronu sillələdilər - VİDEO

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib. Sfera.az xəbər verir ki, dövlət başçısı meydanda onu gözləyə...