No Image
No Image

Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları

Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları
Azərbaycanın ixrac etdiyi əsas yeyinti məhsullarının həcmi və ixrac dəyəri açıqlanıb.

Sfera.az-ın Dövlət Kömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə qeyri neft-qaz məhsulları üzrə ixrac dəyəri 1 milyard 851,3 milyon dollar olub.

Meyvə-tərəvəz - ötən il 607,5 milyon dollar dəyərində 606,6 min ton həcmində meyvə-tərəvəz ixrac edilib. İxrac dəyəri 0,3 faiz artsa da, ixrac həcmi isə 3,5 faiz azalıb.

O cümlədən, 2020-ci ildə 201,4 milyon dollar dəyərində 187,5 min ton tomat ixrac edilib. 2019-cu ilə nəzərən onun ixrac dəyəri 6,4 faiz, ixrac həcmi isə 7,4 faiz artıb.

Bu dövr ərzində 116,3 milyon dollar dəyərində 18,9 min ton meşə fındığı ixrac edilib. 2019-cu il göstəriciləri ilə müqayisədə ixrac dəyəri 7,4 faiz, 16,6 faiz azalıb.

Həmçinin, 29,5 milyon dollar dəyərində 72,1 min ton alma ixrac edilib. Əvvəlki illə müqayisədə fındığın ixrac dəyəri 24,4 faiz, ixrac həcmi isə 25,6 faiz azalıb.

Eləcə də, 91,6 milyon dollar dəyərində 125,8 min ton xurma ixrac edilib. Onun ixrac dəyəri 12,5 faiz, ixrac həcmi isə 13,9 faiz faiz azalıb.

Şəkər - 26,9 milyon dollar dəyərində 60,6 min ton şəkər ixrac edilib. 2019-cu ilin göstəricilərinə nisbətən məhsulun ixrac dəyəri 0,1 faiz artsa da, ixrac həcmi isə 2,3 faiz azalıb.

Bitki və heyvan mənşəli piy və yağlar - 24,7 milyon dollar dəyərində 24,8 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib. Bu məhsulların ixrac dəyəri 34 faiz, ixrac həcmi 37,2 faiz artıb.

Çay - 9,6 milyon dollar dəyərində 1,4 min ton çay ixrac edilib. Onun ixrac dəyəri əvvəlki illə müqayisədə 0,5 faiz, ixrac həcmi isə 9,8 faiz azalıb.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat ZƏRƏR

"Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir. ...

Azərbaycanda ən yüksək və ən aşağı maaş BU RAYONLARDADIR - Siyahı+Məbləğ

Ötən il Azərbaycanda orta əməkhaqqının artmasına ən böyük töhfəni dövlət sektorundakı maaş artımları verib.   Sfera.az xatırladır ki, 2020-ci ildə ö...

Neft bazarında spekulyasiyalar artır - Qiymət 100 dollara çata bilərmi?

Son 3-4 ayda beynəlxalq birjalarda neft qiymətlərinin davamlı yüksəlməsi nikbin proqnozların yaranmasına səbəb olub. Həm yerli, həm də xarici mütəxəssislər hesa...

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göst...

"Ona qalsa, Rusiyada həmişə şaxtadır..." - Ekspert qarlı havanın kənd təsərrüfatına təsirlərindən danışdı

Bir neçə gündür, ölkəmizdə havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Alışmadığımız bu cür hava şəraiti isə bir çox sahələrin fəaliyyətinə təsirsiz ötüşm...

BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu

Bir müddət əvvəl Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə ...