No Image
No Image
No Image

Azərbaycanın dövlət müstəqilliyi günüdür

Azərbaycanın dövlət müstəqilliyi günüdür
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 29 il ötür.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Facebook    

OXŞAR XƏBƏRLƏR

Ermənilər ölmüş əsgərlərini quyulara atır – İnanılmaz görüntülər

Görün, Yer kürəsində canlı və cansız nə varsa, hamısının əsasını qoyan, "sivil”, həddən ziyadə "dindar” xalq olan ermənilər nə edir... Sfera.az xəbər ve...

Şuşadan yeni görüntülər - Ermənilər şəhəri tərk edib + VİDEO

Azərbaycanın işğal altında olan torpağı Şuşadan görüntülər yayılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. ...

“Putin etiraf etdi ki...” - Millət vəkili Rusiya prezidentinin açıqlamasını şərh edir

"Putinin bu açıqlaması Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan və etiraf etməsidir”. Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Prezid...

Vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə d...

Vladimir Putin: Azərbaycan torpaqlarının işğalı sonsuza qədər davam edə bilməz

"Bizim üçün Ermənistan və Azərbaycan bərabər tərəfdaşdır. İnsanların orada həlak olması bizim üçün faciədir". Sfera.az xəbər verir ki, Rusiya Prezidenti V...

“Bu gün Azərbaycan xalqı yeni tarix yazır” - Mehriban Əliyeva müsahibə verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi - Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növb...