Azərbaycandan qaz alan ölkələrin sayı 7-yə çatacaq – Rumıniyadan açıqlama

Azərbaycandan qaz alan ölkələrin sayı 7-yə çatacaq – Rumıniyadan açıqlama
2022-ci ilin iyulundan Azərbaycan Rumıniyaya qaz ixracına başlaya bilər. Bununla da Azərbaycandan qaz idxal edəcək ölkələrin sayı 7-yə yüksələcək.
 
Sfera.az bildirir ki, Rumıniyanın Azərbaycandan qaz idxal edəcəyi haqqında ölkənin energetika naziri Vircil Popesku məlumat verib. O qeyd edib ki, Yunanıstanla Bolqarıstanı birləşdirən qaz kəmərinin tikintisinin başa çatmasından sonra qaz nəqli mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan hazırda 6 ölkəyə qaz satır. Bunlar Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan və İrandır. Rumıniya ilə qaz alan ölkələrin sayı 7-yə yüksələcək.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR