Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTO

Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar - FOTO
Azərbaycanın bir çox tanınmış məşhuru öz həyatını okeanın o tayında - Amerika Birləşmiş Ştatlarında davam etdirir. Onlardan bəziləri yaradıcılığını davam etdirsə də, əksəriyyət fərqli sahələrdə işləməyə başlayıb. 

Sfera.az
 "qafqazinfo"ya istinadən Azərbaycandan ABŞ-a üz tutan məşhurları təqdim edir: 

Aparıcı Rüfət Ağayev – 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, ATV kanalının və 106.3 FM-in aparıcısı olub.

Aparıcı Günel Hümbətova – Aparıcı 2015-ci ildə ABŞ-da Firuz Soliyev adlı şəxslə ailə qurub. O, ailə qurduqdan bir müddət sonra Azərbaycana qayıtsa da, 2018-ci ildə yenidən Nyu-Yorka köçüb. Cütlüyün bir qızı var.

Aparıcı Günel Musəvi - 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərinə yollanan Günel 2010-cu ildən Minnesota ştatının Sent-Pol şəhərinə yerləşib və "Metrostate Universitety"də Uşaq Psixologiyası üzrə təhsil alıb. 2015-ci ildə həmyerlisi ilə ailə quran Günelin 3 yaşlı Sevil adlı qızı var.

Müğənni İlhamə Qasımova – 2017-ci ildən Los—Ancelesə köçən İlhamə əvvəllər Amerikaya gəzmək üçün və işlərinə görə getdiyini bildirsə də, artıq neçə ildir ki, orada yaşayır. Qasımova ABŞ-a getməzdən əvvəl ikinci həyat yoldaşından da ayrılıb. O, buna səbəb kimi övladının olmamasını göstərmişdi.

Müğənni Elariz Məmmədoğlu – Həyat yoldaşı Gülnar xanımın "Greencard” lotoreyasını udmasından sonra bu il ABŞ-a üz tutan Elariz Nyu-York şəhərində yaşayır. O hətta restoranların birində işə də düzəlib.

Reper Elmir Məhərrəmov – "Dəyirman” qrupunun keçmiş üzvü Elmir də "Greencard” vasitəsilə Amerikaya köçənlərdəndir. O, 2018-ci ilin mayından ABŞ-da yaşayır.

"Eurovision” təmsilçimiz Fərid Məmmədov – Fərid 2017-ci ildən ABŞ-a köçüb. Nigar adlı xanımla ailəli olan 28 yaşlı Fərid Nyu-Yorkda kuryer işləyir.

Müğənni Şeyla – "Sev” mahnısı ilə məşhurlaşan müğənni Şeyla 2009-cu ildə Los-Ancelesə köçüb. Əcnəbi vətəndaşla ailə quran və 2 uşaq anası olan Şeyla bir müddət dizayner kimi fəaliyyət göstərsə də, hazırda turizm sahəsində çalışır.

Aparıcı Səxavət Nur – 2014-cü ildən ABŞ-a köçüb. O,  Vaşinqton şəhərində yaşayır.

Aparıcı Aynur  Talıbova –2018-ci ildən ABŞ-ın Virciniya ştatında yaşayan Aynur Simran Baxış adlı şəxslə ailəlidir. Cütlüyün Uğur adlı bir oğlu var. Aparıcı ABŞ-da restoranların birində qabyuyan işləməsi xəbərləri ilə gündəmə gəlmişdi.

Aparıcı Qənirə Ataşova – Fəaliyyəti dayanmış ANS televiziyasının məşhur aparıcılarından olan Qənirə Ataşova 2017-ci ildən ABŞ-a köçüb. Hazırda o, oğulları ilə birlikdə Vaşinqtonda yaşayır.

Aktrisa Firəngiz Rəhimbəyova – "Bəxt üzüyü” filmindən "Seda” obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova 1993-cü ildən qızı Raisa ilə birlikdə Los-Ancelesdə yaşayır. Raymond Antoni adlı şəxslə ailəli olan aktrisa həm yaradıcılıqla, həm də bizneslə məşğuldur. 





OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...