No Image
No Image

“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf

“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf
Bir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərlə müqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub durumda olduğunu növbəti dəfə etiraf edib.

Sfera.az xəbər verir ki, o, "Sputnik Ermənistan"a müsahibəsində ordularında mövcud olan bütün çatışmazlıqların uzun illər davam edən proseslərin nəticəsi olduğunu qeyd edib:

"Nəzərə alınmalıdır ki, Ermənistanda heç vaxt döyüş təyyarələri olmayıb. Pilotları texnologiyaya yiyələnməsi, silahlardan istifadə edə bilməsi üçün vaxt lazımdır. Bunun üçün ən azı bir və ya iki il lazımdır".

Ovannisyan Qarabağdakı mövcud müharibənin əvvəlkilərdən çox fərqli olduğunu qeyd edib: "Ritm, döyüş əməliyyatlarının dinamikası, istifadə olunan silah növləri dəyişib". 

Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara nə qədər hazır olduğu barədə sualı cavablandıran Ovannisyan Ermənistanın hərbi sahədə hər mənada Azərbaycandan geri qaldığını etiraf edib. 

"Anlamaq lazımdır ki, bütün bu illər ərzində hərbi xərclər baxımından Azərbaycandan çox geri qalmışıq. Onlar daha çox xərcləyiblər, biz daha az xərcləmişik. Beləliklə, bugünkü bütün problemlər uzun illər davam edən proseslərin nəticəsidir".

Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə mübarizəyə toxunan Ovannisyan, dünyada hələ ki, heç bir ordunun pilotsuz təyyarə hücumlarını tamamilə təsirsiz hala gətirə bilmədiyini deyib. Kiçik ölçülü və çox sayda PUA-ları məhv etmək asan bir iş deyil. Hərbi obyektləri qorumaq üçün onlarla növ HHM və elektron müharibə sistemindən istifadə edən inkişaf etmiş Silahlı Qüvvələrə sahib olan dövlətlər belə bunların öhdəsindən tam gələ bilmirlər",-deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi qeyd edib. /Qafqazinfo


OXŞAR XƏBƏRLƏR

MM-də Fransa Senatına etiraz bəyanatı qəbul olundu

Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnam...

Aqil Abbas: “Makron qudurub”

"Makron qudurub. Fransada erməni lobbisi yoxdur. Bu, Fransanın türklərə münasibətidir. Fransa Türkiyənin qələbələrini həzm edə bilmir”. Sfera.az xəbər ver...

Fransanın Azərbaycandakı səfirliyi qarşısında ETİRAZ AKSİYASI

Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilir. Sfera.az xəbər verir ki, aksiya iştirakçıları Fransa Senatının qondarma "Dağlıq Qarabağ res...

Türkiyə Fransanın CAVABINI VERDİ: "Ciddiyə alınmayacaq dərəcədə gülünc və ..."

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbu...

"Bu addım nə faydalı, nə də effektiv olacaq" - Fransanın Azərbaycandakı səfiri

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin...

Milli Məclisdə Fransa Senatının qətnaməsinə etiraz bəyanatı müzakirə olunur

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki, etiraz bə...