Azərbaycandakı mehmanxanaların “qara gün”ləri: İxtisarlar, milyonlarla zərər...

Azərbaycandakı mehmanxanaların “qara gün”ləri: İxtisarlar, milyonlarla zərər...
2020-ci ildə ölkəmizdə daha 13 mehmanxana istifadəyə verilib. Bununla da mehmanxanaların sayı 655-ə çatıb. 

Sfera.az bildirir ki, yeni mehmanxanaların 10-nu Bakıda, biri Qax rayonunda, biri Quba rayonunda, daha bir ədədi İsmayıllı rayonunda istifadəyə verilib. 

Mehmanxanaların daha çoxu Bakıdadır. Paytaxtda 213 mehmanxana var. Xaçmaz rayonunda 54, Masallı rayonunda 31, Quba rayonunda 26, Lənkəran şəhərində 23 mehmanxana fəaliyyət göstərir. Ən az mehmanxana Daşkəsən, Zərdab, Füzuli və Tərtər rayonlarındadır - bu rayonların hər birində bir mehmanxana var.  

2020-ci ildə pandemiyanın olması və xüsusi karantin rejiminin tətbiq edilməsi mehmanxanaların zərərə uğramasına səbəb olub. 2019-cu ildə 142,2 milyon manat gəlir əldə edən mehmanxanalar 2020-ci ildə 55 milyon manat zərər edib. 

Mehmanxanaların zərərə uğramasının səbəbi doluluq səviyyəsinin 21 faizdən 6,5 faiz düşməsidir. Bakıda olan mehmanxanalardakı yerlərin 9,5 faizi dolsa da bölgələrdə doluluq göstəricisi 2-5 faiz olub.

Mehmanxanaların zərərə uğraması işçi sayının azalması ilə nəticələnib. 2019-cu ildə mehmanxanalarda 12 841 işçi çalışdığı halda, ötən il 10 731 işçi çalışıb. Bir ildə işçilərin sayında 16,4 faiz azalma baş verib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...