"Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı bildirib: "Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Bu ilin aprel ayında Azərbaycan Dünya İqtisadi Forumu ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb. Ümid edirik ki, Mərkəz İƏT çərçivəsində əməkdaşlığa töhfə verəcəkdir".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident onu səhiyyə naziri təyin etdi - SƏRƏNCAM

Teymur Musayev səhiyyə naziri təyin edilib. Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısı...

Ərdoğan İlham Əliyevlə Ukrayna səfərini müzakirə edəcək

"Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini real yanaşma kimi görmür”. Sfera.az xəbər verir ki, bunu Albaniya səfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayy...

Rəsmi Bakıdan Fransa xarici işlər nazirinin bəyanatına - Reaksiya

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu gün bu ölkənin Milli Assambleyasında diplomata yar...

Lavrov və Blinken telefonda danışdı

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Sfera.az xəbər verir ki, bu barədə ABŞ D...

İlham Əliyevlə Putinin telefon danışığı oldu

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub. Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti ...

DTX xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlara qarşı əməliyyat keçirdi

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər. Sfera.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Bil...