Azərbaycanda yeni nazirlik yaradılır

Azərbaycanda yeni nazirlik yaradılır
Azərbaycanda səhiyyə sistemi yenidən vahid qurum altında fəaliyyət göstərə bilər.

Sferaa.z bildirir ki, bu barədə qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. Bildirilir ki, hazırda Azərbaycanda səhiyyə sistemi Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB arasında bölüşdürülməklə fəaliyyət göstərir. 

Bu qurumlarda işlər düzgün bölüşdürülmədiyindən səhiyyə sistemi ilə bağlı ciddi narazılıqlar var. Xüsusən bu sahədə çalışan elm adamları sistemin vahid qurum altında fəaliyyət göstərməsinin tərəfdarıdırlar. 

Həmçinin, xeyli sayda həkimlər artıq dövlət xəstəxanalarında çalşmaqdan imtina edir və özəl xəstəxanalarda işlərini davam etdirirlər. 

Bununla bağlı narazılıqlar artıq yuxarı instansiyalara da çatdırılıb. Bildirilir ki, icbari tibbi sığortaya keçid dövrü olduğundan hazırda səhiyyə sistemi bu cür formatda fəaliyyət göstərir. 

Mənbə bildirir ki, bütün bunları nəzərə alan hökumət yaxın gələcəkdə Səhiyyə və Sığorta Nazirliyi yaratmağı, səhiyyə sistemini bu nazirlikdə birləşdirməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...