Azərbaycanda xidmət sektoru yenidən kiçilir

Azərbaycanda xidmət sektoru yenidən kiçilir
2021-ci ildə əlavə dəyər (ümumi daxili məhsul) istehsalında xidmət sektorunun payı yenidən kiçilir. İlin ilk 8 ayının məlumatına əsasən, Azərbaycanda ÜDM istehsalının 38,9 faizi xidmət sektorunun, 51,9 faizi istehsal sektorunun, 9,2 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. 

Ötən il ÜDM istehsalının 42 faizi xidmət sahələrində formalaşmışdı.

Sfera.az bildirir ki, 2021-ci ilin yanvar-avqust dövründə xidmət sektorunda yaradılan əlavə dəyərin payının azalması sənaye istehsalının artması və pandemiya ilə əlaqədar nəqliyyat və turizm sahəsi üzrə dövriyyənin kiçilməsi ilə bağlıdır. 

Neft və qaz qiymətlərinin yüksəlməsi ÜDM istehsalında sənayenin payını xeyli artırıb. 2020-ci ildə ÜDM-nin 33,7 faizi sənayenin payına düşdüyü halda, cari dövrdə əlavə dəyərin 40,4 faizi sənayenin hesabına yaranıb. Sənayenin payının artması ÜDM-də istehsal sahələrinin ümumi payının yüksəlməsinə səbəb olub. 

Son 15 ildə xidmət sektorunun payında ən yüksək göstərici məhz 2020-ci ildə qeydə alınıb. Ondan əvvəlki illərdə xidmət sektorunun payı 40 faizi ötməmişdi. 

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı üçün xidmət sektorunun inkişafı olduqca əhəmiyyətlidir. Son onilliklərin iqtisadi təcrübəsi göstərir ki, müasir iqtisadiyyatda inkişaf xidmət sektorunun inkişafından daha çox asılıdır. İnsanların xidmətlərdən daha çox istifadə etməsi onun iqtisadiyyatda payını artırır.
 
Xidmət sektorunun bazar payının artması əslində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir. Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın can damarı, istehsal edilən mala sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiyyatda eyni fikirlər xidmət sektoru haqqında deyilir. Dövrümüzdə xidmət sektoru perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi böyük cəlbediciliyə sahibdir.

Dünya Bankının hələ bir neçə il əvvəl 132 ölkənin rifah səviyyəsinə görə reytinqini müəyyənləşdirən zaman məlum olub ki, xidmət sektorunda əmək qabiliyyətli əhalinin 60-75%-i çalışır. Xidmət sektorunda bir qayda olaraq istehsal sahələrinə nisbətən daha çox insan üçün iş yerləri yaradılır. Buna görə də Azərbaycan hökuməti də xidmət sektorunun iqtisadi dəyərinin artırılmasına xüsusi önəm verməlidir. 

Vasif
Sfera.az





Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən zəngin 5 ailəsi – 238 milyard dollarlıq sərvət...

Blomberq dünyanın ən zəngin ailələri barədə yazı yayımlayıb.   Sfera.az xəbər verir ki, siyahıda qeyd olunan ailələrin sərvəti pandemiya dönəmində azalma...

Qara dəniz qazı Türkiyənin tələbatının 33 faizini ödəyəcək

Türkiyə, Qara dənizdə kəşf etdiyi yataqlarda ən yüksək hasilat səviyyəsinə 6 ildən sonra çatacağını proqnozlaşdırır.  Sfera.az "Bloomberg”ə istinadən...

MDB ölkələrinə uçuş 1 ayda 111 manat BAHALAŞIB

Bu ilin avqustunda Azərbaycandan MDB ölkələrinə uçuş qiymətləri bir qədər də artıb.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, MDB ölkələr...

“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatdı

Dünya bazarlarında "Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb. Sf...

Taxtanın qiyməti hər ay rekord qırır – Bahalaşma 40 faizi ötdü

Artıq bir ildir ki, hər ay Azərbaycanda taxtanın qiymətində rekord göstərici qeydə alınır. Davamlı bahalaşma hesabına ötən ay kəsilmiş taxtanın bir kub metrinin...

Neftin qiyməti 80 dollara yaxınlaşır

Neft qiymətlərində yüksəlmə bu həftənin ilk gününüdə də davam edir. Artıq "Brent” markalı neftin qiyməti 78 dolları ötüb. Qiymət artımlarını şərh edən birja ana...